Böyük Britaniyanın XİN başçısı Türkiyədə səfərdədir

26 Sentyabr 2016 13:48

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyədə səfərdədir.

Milli.Az report-a istinadən bildirir ki, o, Qaziantep bölgəsinə gedib və Türkiyəyə sığınan suriyalı qaçqınların qaldığı düşərgəyə baş çəkib, onların şəraiti ilə maraqlanıb.

Qeyd edək ki, Qaziantep bölgəsi Suriya ilə sərhəddə yerləşir. Suriyadakı silahlı münaqişədən qaçan suriayalıların bir hissəsi Türkiyənin bu bölgəsinə sığınıblar.

Milli.Az