3 saylı İstintaq təcridxanasındakı seçkidən xəbər var - FOTO

26 Sentyabr 2016 13:41

Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında 14 saylı Xəzər Dairə Seçki Komissiyasının 40 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, məntəqə sədri Aslan Mirzəyev bildirib ki, məntəqə səhər saat 08:00-da fəaliyyətə başlayıb: "Saat 13:00-a qədər təcridxanada cəza çəkən məhkum və həbs edilmiş şəxslərin əksəriyyəti səsvermədə iştirak edib. Digər məhkumların da seçkidə iştirakı davam edir.

O qeyd edib ki, məntəqədə səs verən məhkumlar öz istəkləri ilə səsvermədə iştirak edirlər: "Proses tam şəffaf və müşahidəçilərin iştirakı ilə təşkil olunub".

Milli.Az