350 seçici evində səs verəcək - FOTO

26 Sentyabr 2016 13:58

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin məntələrində yüksək seçki fəallığı müşahidə olunur. Seçki Məcəlləsinin tələblərinə uyğun demokratik, şəffaf keçirilən səsvermədə qanun pozuntusu qeydə alınmayıb.

ARB Kəpəz xəbər verir ki, səhər saatlarından başlayaraq göygöllü seçicilər Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə öz münasibətlərini bildirmək üçün vətəndaşlıq borclarını yerinə yetirirlər.

Nurulla İsgəndərov - seçici: "Bülleten götürdüm, öz seçimimi etdim. Azad şəkildə səs verdim. Heç bir maneçilik olmadı".

Məryəm Rəhimova - seçici: "Əvvəlcədən bizim evə referendumun keçirilməsi haqqında akt təqdim edildi. Biz həmin maddələr ilə tanış olduq. Nə dərəcədə taleyüklü məsələ olduğunu dərk etdiyimiz üçün çox böyük həvəslə səs vermədə iştirak edirik".

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 45 min 616 seçici qeydiyyata alınıb. 37 min 169 nəfər Göygol, 847 nəfəri isə Daşkəsən rayon sakinidir. 807 gənc isə səs vermədə ilk dəfə iştirak edir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə 350 seçici məntəqələrdə səs verə bilmir. Məhz ona görə də həmin seçicilərin evlərinə daşınan qutular aparılacaq.

Dairə üzrə 81 məntəqə var və bunlardan 50-i Göygöl, 31 Daşkəsən rayonundadır. Bu məntəqələrdən 9-na veb kamera quraşdırılıb.

Abbas Zalov - 101 saylı Göygöl-Daşkəsən Dairə Seçki Komissiyası sədri: "İstər Daşkəsən, istərsə də Göygöl rayonu ərazisində yerləşən hərbi hissələrdə 5 gün qalmış seçki məntəqələri yaradılıb. Həmin seçki məntələri də qanuna uyğun olaraq komissiya üzvləri ilə təsdiq edilib. Həmin seçki məntələrində səs vermə gedir".

Seçkini izləmək üçün 740 müşahidəçi qeydiyyata alınıb, 2 məntəqədə "exit-poll" keçirilir.

Nigar Həsənova - müşahidəçi: "Öz təşəbbüsümlə müşahidəçiyəm. Seçkilərin gedişini seçki başlayan andan müşahidə edirəm. Heç bir qanun pozuntusu müşahidə etməmişəm. Seçkilərin gedişindən tam razıyam".

Gülər İsmayılova - müşahidəçi: "Təşviqat qrupunu təmsil edirik. Seçkilər səhərdən başlayıb. Heç bir qanun pozuntusu yoxdu. Seçkilər şəffaf gedir".

Milli.Az