İcra başçısı: "Bura Gəncədir, buradan çıxış yox"

25 Sentyabr 2016 17:56

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" oyununu izləyənlər arasında Gəncənin icra başçısı Elmar Vəliyev də var.

Milli.Az futbolxeber.az-a istinadən xəbər verir ki, matçın gedişində icra başçısı azarkeşlərə çağırış edib.

Elmar Vəliyev "Bura Gəncədir, buradan çıxış yox" şüarını səsləndirib. Fanatlar da eyni şüarı səsləndirməklə "Kəpəz"ə dəstək olublar.

Milli.Az