Paralimpiyaçılarımız Vətənə döndülər

22 Sentyabr 2016 19:10

Bu gün Azərbaycanı 2016-cı il Yay Paralimpiya Oyunlarında təmsil edən idmançılar Bakıya qayıdıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, Rio-de-Janeyro - Paris - Bakı reysi ilə hərəkət edən təyyarə saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Paralimpiyaçılar hava limanında böyük coşqu ilə qarşılanıblar. İdmançıları qarşılamağa gələnlər arasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, paralimpiyaçıların ailə üzvləri, yaxınlar, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri olublar.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Rio-de-Janeyroda 1-i qızıl, 8-i gümüş, 2-si bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar: 

1. Ramil Qasımov - -73kq (cüdo) - qızıl

2. Bayram Mustafayev- -66 kq (cüdo) - gümüş
3. Kamil Əliyev - uzunluğa tullanma (atletika) - gümüş
4. Yelena Çebanu - 100m qaçış (atletika) - gümüş
5. Yelena Çebanu - uzunluğa tullanma (atletika) - gümüş
6. Raman Saleh - 100 m arxasıüstə (üzgüçülük) - gümüş
7. Dmitri Saleh - 100 m brass üsulu (üzgüçülük) - gümüş
8. Dmitri Saleh - 50 m sərbəst (üzgüçülük) - gümüş
9. İradə Əliyeva - nizə atma (atletika) - gümüş
10. Səfərov Rövşən - -81 kq (cüdo) - bürünc
11. Yelena Çebanu - 200 m qaçış (atletika) - bürünc

Milli.Az