Samiraldo: "Beş aylıq hamiləyəm"

20 Sentyabr 2016 23:09

Son aylarda internet fenomeninə çevirilmiş məşhur stilist Samiraldo (Samir Əliyev) imicində dəyişiklik edib.
Milli.Az primetime.az-a istinadən bildirir ki, təşkil olunan tədbirlərin birində başına çalma əvəzinə, tənzif bağlayan stilistin kilo alması diqqətdən yayınmayıb.  Samiraldo etiraf edib ki, tez-tez müxtəlif məkanlara qonaq getdiyindən, pəhrizini pozub və bu da bir az kökəlməsi ilə nəticələnib. O, zarafatından qalmadı: "Beş aylıq hamiləyəm də (qəhqəhə çəkib gülür). Vallah dilim həmişə başıma bəla olur".

Milli.Az