Zəkiyev Riodan məyus dönür

11 Sentyabr 2016 10:54

"Rio-2016" Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının bayraqdarı, cüdoçu İlham Zəkiyev mübarizəni medalsız başa vurub.

Qafqazinfo xəbər verir ki, idmançı 5-ci yerlə kifayətlənib. 100 kq çəkidə yarışan Zəkiyev kubalı Yanqalini Ximenesə uduzub.

Bununla da Zəkiyev qatıldığı ardıcıl 4-cü paralimpiadasında ilk dəfə medalsız qalıb. 36 yaşlı idmançı "Afina-2004" və "Pekin-2008"də qızıl, "London-2012"də gümüş medal qazanmışdı.

Milli.Az