Rio-2016: Azərbaycan medal qazandı

9 Sentyabr 2016 07:35

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz finalda Özbəkistan idmançısı Utkirjon Nigmatova məğlub olub.

Yarımfinalda cüdoçumuz yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.

Milli.Az