"Coca-Cola" zavodunda 50 mln. avro dəyərində 370 kq kokain aşkarlanıb

31 Avqust 2016 08:27

Fransanın Marsel şəhəri yaxınlığında yerləşən "Coca-Cola" şirkətinə məxsus zavodda 50 mln. avro dəyərində 370 kq kokain aşkarlanıb.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, plastik kisələrə yığılmış narkotik vasitə Latın Amerikasından göndərilmiş xüsusi konteynerin içərisində olub.
 
Polis əməkdaşları araşdırma aparır.

Milli.Az