Selfi çəkmək üçün vaqonun üstünə çıxdı, yıxılıb, yaralandı - FOTO

30 Avqust 2016 13:49

Türkiyədə 16 yaşlı yeniyetmənin selfi çəkmək istəyi başından yaralanması ilə nəticələnib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı Tunahan Ö. selfi çəkdirmək üçün  vaqonun üstünə çıxıb. Nəticədə elektrik cərəyanı vuran Tunahan vaqonun üstündən yıxılıb. O, başından yaralanıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun vəziyyəti ağırdır.

Milli.Az