Bergüzar Korelə Afrikada su quyusu bağışladılar - FOTO

28 Avqust 2016 21:24

Türkiyənin populyar aktrisalarından biri Bergüzar Korel ad gününü bayram edərkən pərəstişkarlarından gözlənilməz hədiyyə alıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, Afrikada bir su quyusuna aktrisanın adı verilib və "Bu quyu Bergüzar Korelə hədiyyədir" yazısı da quyunun yanına vurulub.

Aktrisa əri Halit ergenclə birlikdə "Vatanim Sensin" serialına çəkilir.

Milli.Az