Ermənistanda qazdoldurma stansiyasında partlayış olub - FOTO

27 Avqust 2016 16:11

Ermənistanda Armavir əyalətinin Karakert kəndində yerləşən qazdoldurma stansiyasında partlayış baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, partlayış avqustun 27-nə keçən gecə "Norapat AK" yanacaqdoldurma məntəqəsində olub.
Hadisə "VAZ-2101" markalı avtomobilin balonunun doldurulması zamanı qeydə alınıb. Nəticədə "Jiquli"nin sürücüsü ölüb. Stansiyanın işçisi ayağından xəsarət alıb. O, "Erebuni" tibb mərkəzinə yerləşdirilib. 
Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Milli.Az