"Fəlakət" GTA-da

27 Avqust 2016 15:28

Dünyaca populyar olan "Grand Theft Auto" (GTA) oyunun "Bozbash Pictures" versiyası hazırlanıb. 

Publika.az xəbər verir ki, sözügedən oyunu azərbaycanlı gənclər hazırlayıblar.
 
GTA oyununun yeni versiyası Azərbaycan dilinə tərcümə edilib. Hətta oyunda "Bozbash Pictures" komediya layihəsinin tanınmış aktyoru Elşən Orucovun canlandırdığı "Fəlakət" obrazı da yaradılıb, bu filmin aktyorlarının fotoları və səsləri yerləşdirlib. Oyunla tanışlıq videosu Youtube kanalına yerləşdirilib və yükləmək üçün link də verilib.
 

Milli.Az