Türkiyənin tanınmış müğənnisi səhnəyə qolu qırıq halda çıxdı - FOTO

26 Avqust 2016 23:45

Türkiyənin tanınmış müğənnisi Seda Bağcan "Zeytinli Rock Fest" səhnəsinə qolu qırıq halda çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı qolunun Polşadan qayıtdığı gün evində başına gələn hadisə zamanı qırıldığını bildirib.

Belə ki, S.Bağcan evə girəndə saxladığı 20 pişik ona tərəf gəlib və o da pişikləri tapdalamamaq üçün ani hərəkət edib. Bu zaman ayağı sürüşən müğənni yerə yıxılıb və qoru qırılıb.

Milli.Az