Qaş almağın günah olması düzdürmü?

28 Avqust 2016 23:45

Üz tüklərini, həmçinin iki qaşın arasındakı tükləri almaqla bağlı qadağa bildirilməyib.

Milli.Az zikr.az-a istinadən bildirir ki, qaşları almaq isə günahdır. Abdullah (ibn Məsud) rəvayət edir ki, gözəl görsənmək üçün Allahın yaratdıqlarına dəyişiklik edərək döymə döyənə və döydürənə, qaş aldıranlara Peyğəmbər lənət etmişdir". (ət-Tirmizi, 3010). Əgər həddən artıq çoxdursa və görünüşə ciddi xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir.
Milli.Az