Məşhur aktrisadan ŞOK ETİRAF - FOTO

24 Avqust 2016 16:25

"Famous in Love" serialının ulduzu Bella Thorne biseksual olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, 18 yaşlı aktrisa "Snapchat"da paylaşdığı şəkilləri ilə hər şeyi etiraf edib.

O, sosial şəbəkədə gənc bir xanımla öpüşən zamanı çəkilən fotosunu paylaşıb, "Biseksualam... Məni belə qəbul etdiyiniz üçün təşəkkür edirəm, sizi çox sevirəm" şərhini yazıb.

Xatırladaq ki, Bella Thorne bir müddət əvvəl aktyor sevgilisi Gregg Sulkin ilə yollarını ayırmışdı.

Milli.Az