Bakıda 7 beynəlxalq sərgi keçiriləcək

22 Avqust 2016 11:26

Cari ilin payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi keçiriləcək. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək.

Milli.Az bildirir ki, payız sərgi təqviminə Azərbaycan beynəlxalq "Səhiyyə" "BIHE" "Stomatologiya" "Stomatology Azerbaijan", "Gözəllik və Estetik tibb" "Beauty Azerbaijan", "İnşaat" "BakuBuild", "İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri" "AquaTherm Baku", "Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri" "CIPS Securika" və İKT "Bakutel" sərgiləri daxildir. Sözügedən sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcəkdir.

Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı Böyük Britaniyanın "ITE Group" şirkəti çıxış edir.

Milli.Az