İŞİD-ə böyük itki

26 İyul 2016 15:59

İŞİD terror qruplaşmasının başçılarından biri Əfqanıstanın şərqində keçirilən əməliyyat zamanı məhv edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu haqda məlumatı "Sinxua" agentliyi yayıb.
 
Verilən məlumata görə, Səid Əmiratinin məhv edilməsi ilə nəticələnən xüsusi əməliyyat Nəngərhar vilayətində keçirilib.
 
Qeyd edək ki, Əmirati rayonun hərbi rəisinin müavini kimi fəaliyyət göstərirdi.

Milli.Az