Təyyarə endikdən sonra içində məktub tapılıb...

24 İyul 2016 10:36

Yeni Zelandiyada Kuinstaun aeroportunda göyərtədə təmizlik işləri aparılarkən təyyarədə bomba olması barədə məktub tapılıb.

AZƏRTAC "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, məktub təyyarə aeroporta enəndən sonra aşkarlandığından sərnişinlər elə də həyacan yaşamayıb.

Hüquq-mühafizə orqanları araşdırma aparıb, aeroport normal rejimdə fəaliyyətini davam etdirir.

Təyyarə Avstraliyanın "Qantas" aviaşirkətinə məxsusdur.

Milli.Az