Dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO

23 İyul 2016 22:46

Britaniyanın Sautport şəhərində beynəlxalq "Mister 2016" müsabiqəsi keçirilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın bir çox ölkəsindən 47 iştirakçının qatıldığı müsabiqədə birinci yeri ilk dəfə olaraq Hindistandan olan gənc qazanıb.

Münsiflərin dəyərləndirməsinə görə 27 yaşlı Roxit Kxandelval qalib olub. İkinci yeri 21 yaşlı Puerto-Rikodan Fernando Alverez, üçüncü yeri isə Meksikadan olan Aldo Esparza Ramirez adlı gənc qazanıb.

Roxit Kxandelval mətbuata açıqlamasında bildirib ki, Hindistana qayıdaraq model biznesi və aktyorluqla məşğul olacaq.

Milli.Az