"Ağacları qanunsuz kəsən MMC rəhbəri cərimələndi"

14 İyul 2016 14:02

İyulun 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Milli.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda müxtəlif cinsli müxtəlif ölçüdə ağac və kol bitkilərinin "Ressan" MMC-nin direktoru Mahir İsmayılovun göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq akt və protokol tərtib edilərək "Ressan" MMC-nin direktoru vəzifəli şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

Milli.Az