Pribaltika piroqu

24 İyul 2016 07:00

Milli.Az Pribaltika piroqunun hazırlanma qaydasını təqdim edir

"Zolaqlı" tort - FOTO

Tərkibi: 

250 q xama
250 q mayonez
3 yumurta
0,5 ç.q. duz
0,3 ç.q. soda
6 x.q. un (artıq olmaz!)

iç: 

3 kartof
3 baş soğan 
1 banka balıq konservi ("Sayra")

Göstərilən ərzaqdan xəmir hazırlayın. Yarısını yağlanmış formaya tökün. 
Üzərinə sürtgəcin iri gözündən kartofu keçirin. Xırda doğranmış soğanı əlavə edin. Balıq konservini çəngəllə əzib soğanın üstündən döşəyin. Xəmirin qalanını üzərinə tökün. 
180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az