Buğa şəhərdə camaata hücum etdi - Yaralananlar var - VİDEO

1 İyul 2016 17:38

Çində qəzəbli buğa insanlara qorxu dolu anlar yaşadıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, o, piyada və sürücülərə hücum edib. Müşahidə kameraları tərəfində lentə alınan görüntülər də aydın olur ki, bəziləri buğanın hədəfindən yayına bilsə də, bir neçə piyada buna müvəffəq olmayıb. Qəzəbli heyvanın hücumu nəticəsində azı iki nəfər yaralanıb. Buğa əvvəlcə piyadaları hədəf alaraq onlara zərbələr endirib.

Daha sonra o, magistrala çıxaraq motosiklet sürücüsünə hücum edib. Zərbənin təsirindən sürücü ağır xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirlib. Onların səhhəti normaldır. Buğa isə aradan çıxıb. Əraziyə cəlb olunan müvafiq qurumun əməkdaşları onu zərərsizləşdirmək üçün axtarışlar aparır. Qəzəbli buğanın hardan qaçdığı məlum deyil. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Buğa qəfil hücum etdi - Yaralananlar var