"Onu tapana nə qədər pul istəsə, verəcəm"

30 İyun 2016 17:33

Müğənni Roza Zərgərlinin iti itib. 

Axşam.az-ın məlumatına görə, sənətçi Lara adlı itini tapmaq üçün hər yerə elan verdiyini deyib.
 

O, bildirib ki, heyvanı tapıb gətirənə mükafat verəcək:

"Sosial şəbəkədə fotosunu yaymışam. "Üç tac" deyilən binalar tərəfdə itib. Çox balacadır, tapıb gətirən nə qədər pul istəsə, verəcəm".

Milli.Az