Cəbhədə son durum

29 İyun 2016 09:15

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri, Horadiz şəhəri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az