"Ərdoğanın məktubunda təəssüf sözləri var idi"

28 İyun 2016 14:48

"Türkiyə prezidentinin göndərdiyi məktubda təəssüf sözləri var".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, məktubda təəssüf ifadəsi ilə bağlı söz və "bağışlayın" kəlməsi var.

D.Peskov qeyd edib ki, Kremlin rəsmi saytında dərc edilmiş məktubdakı sitatlar türk dilinə tam uyğun gəlir.

Milli.Az