Azərbaycan neftinin qiyməti dəyişdi

28 İyun 2016 09:50

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,59 dollar və yaxud 3,22% ucuzlaşıb.

Milli.Az report-a istinadən bildirir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,82 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Milli.Az