Qəbələdə qədim sivilizasiyanın izləri - VİDEO - FOTO

27 İyun 2016 18:25

Qəbələdə antik dövrə aid yeni nümunələr aşkar olunub.

Tədqiqatlar zamanı Qəbələnin Dızaxlı kənd ərazisində kurqan adlanan ərazidə antik dövrə aid yeni nümunələr aşkarlanıb.

Qazıntılar İlyas Babayevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr şöbəsinin əməkdaşları tərəfindən aparılır. Kurqandan qazıntılar zamanı keramika qablar və digər əşyalar tapılıb. Diametri 32 m,  dərinliyi isə  7 metrə  yaxın olan kurqanın 4000-4500 il yaşı olduğu  ehtimal olunur.

Əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalarla təchiz edilmiş laboratoriyalarda bərpa olunduqdan sonra sərgidə nümayiş etdirilir. Əldə edilən bütün eksponatlar haqqında dövri hesabatlar və tapıntı kitabları nəşr olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Qəbələdə qədim sivilizasiyanın izləri

Region TV