Azərbaycanlı müğənni mərhum atasına mahnı həsr etdi - VİDEO

3 İyun 2016 16:36

Atam yalnız mənə baxırdı və nəsə demək istəyirdi.

Milli.Az xəbər verir ki, bəstəkar və müğənni hacı Nazim dünyadan köçmüş atasına mahnı həsr edib.

Mahnının bəstəkarı Nazimin özü, söz yazarı Altay Yaşar aranjmanı isə Fərid İmana məxsusdur:

"Mahnını mərhum atama və onun simasında dünyasını dəyişmiş atalara həsr etmişəm. Altay Yaşara zəng etdim və ona atamın yatdığı xəstəxanada baş vermiş hadisəni danışdım. Atam yalnız mənə baxırdı və nəsə demək istəyirdi. Lakin ürəyindəkilərini deməyə tam zamanı olmadı. Altay da xahişimi nəzərə alıb, mahnı üçün sözlər yazdı. Həmin sözlərə musiqi yazdım və oxudum. Artıq necə alındığına dinləyicilər qərar verər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı müğənni mərhum atasına mahnı həsr etdi