Başı paltaryuyana ilişdi

31 May 2016 23:56

Çinin Fuçin şəhərinin sakini köhnə paltaryuyan maşını təmir etmək istəyərkən başı maşının barabanına ilişib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, çinli özü vəziyyətdən çıxa bilmədiyi üçün, xilasedicilər çağırmalı olublar. Məlumata görə, xilasedicilər başı yuyucu maşının içində olan kişini gördükdə dəhşətə gəliblər. Qonşuların sözlərinə görə, onlar kömək etmək itəsə də əllərindən heç bir şey gəlməyib.

Xilasedicilər maşını ortadan kəsməli olublar. Bundan sonra zərərçəkəni azad etmək mümkün olub.  Xoşbəxtlikdən o ciddi xəsarət almayıb.

Milli.Az