Çempion qapısını "bataqlığa" düşən almana tapşırdı

29 May 2016 16:51

"Hannover"in qapıçısı Ron-Robert Ziler karyerasını İngiltərədə davam etdirəcək. Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı qapıçı növbəti mövsümdən "Leicester City"nin uğurları üçün çalışacaq. Premyer Liqa çempionu almaniyalı qolkiperin müqaviləsində göstərilən məbləği ödəyəcək. Ziler 2005-2010-cu illərdə "Manchester United"in akademiyasında təhsil almış, daha sonra Bundesliqaya yollanmışdı. Ötən mövsüm Bundesliqada 34 oyuna çıxan qapıçı 62 top buraxmışdı. Onun komandası isə yüksək dəstədə yerini qoruya bilməmişdi. 

Milli.Az