Erməni diasporunun biznes-klas sevgisi

28 May 2016 12:35

Ötən ilin 17 dekabrında Ermənistan hökumətinin aparat rəhbəri David Arutyunyan bütün məmurları, o cümlədən nazirləri dövlət büdcəsi hesabına biznes-klaslarda uçmağı dayandırmağa çağırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu çağırışa Ermənistanın Diaspor Nazirliyi məhəl qoymayıb.
 
Bu ilin 29 fevralında nazirlik İrəvan-Beyrut-Dubay-İrəvan reysinə bilet başına 1 milyon 296 min dram (2700 dollar - red.) ödəyib. Sözügedən marşrut ekonom-klasda iki dəfə ucuz başa gəlir.
 
Bileti alanın isə Qranuş Akopyan olduğu bildirilib.
 
O, qəzetə açıqlamasında biznes-klasda uçmaq hüququ olduğunu və heç kimin buna qadağa qoymadığını deyib.

Milli.Az