"Messi və Anridən başqa hər kəsi "yoxlayırdı""

27 May 2016 21:18

Karyerasını Türkiyənin "Genclerbirliği" klubunda davam etdirən Aleksandr Qleb "Barcelona"dan tanıdığı Zlatan İbrahimoviç barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, belarusiyalı yarımmüdafiəçi onun özünü hamıdan yaxşı saydığını bildirib.

"Zlatan biraz dəlisovdur. İsveç vətəndaşıdır, milliyyəti təmiz slavyan. Qəribə xarakteri var. O, komada yoldaşlarının hamısına yaxınlaşıb: "Mən Zlatkoyam, ən yaxşı mənəm" -deyirdi. Messi və Anridən başqa hər kəsi "yoxlayırdı". Məsələn, Puyola yaxınlaşıb məşqin ortasında ayağını onun çiyninə qoyurdu. Karles heyrətə düşürdü. Zlatan isə baxıb gülürdü. Puyola başqası yaxınlaşmağa belə qorxurdu, İbranın isə belə işləri vardı. Zarafat etmirəm, Zlatan özünü hamıdan yaxşı hesab edirdi. Özünəməxsus hərəkətləri vardı. Məşqlərin birində hava toplarına yüksəlməyi çalışırdıq. Hər kəs cütlərə bölündü. O, mənə yaxınlaşıb dedi: "Gəl səninlə məşq edək". "Nə danışırsan, məni öldürərsən". O isə - "Narahat olma, asta olacam" - dedi. Xeyirxah sifətlə mənə baxdı. Razılaşdım. Topa tullandığım yadımdadır, sonra qaranlıq çökdü. Gözümü açanda özümü 10 metr kənarda qazonun üstündə gördüm. Zlatan kənarda durub qəhqəhə çəkirdi. Onun üçün məzəli idi".

Milli.Az