Rabitə operatorları gücləndirilmiş rejimə keçirlər

27 May 2016 19:21

Bakıda "Formula-1" Avropa Qran-prisinin keçiriləcəyi dövrdə rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün operatorların telekommunikasiya qovşaqları gücləndirilmiş rejimdə işləyəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə bütün torpaq və tikinti-montaj işlərini dayandırmaq, təhülkəsizlik xidmətini gücləndirmək və mümkün problemlərin operativ aradan qaldırılması üçün qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırılıb.

Milli.Az