"Bunu sevdiyim xanıma həsr etmişəm"

27 May 2016 16:26

Əməkdar artist Abbas Bağırov şəxsi həyatı ilə bağlı etiraf edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Hər şey daxil" verilişində son günlər oxuduğu mahnıları sevdiyi xanıma həsr etdiyini bildirib:

"İkimiz" adlı yeni mahnımın sözləri özümə məxsusdur. Son günlər bir neçə mahnıya söz yazmışam. Onların hamısını sevdiyim xanıma həsr etmişəm".

A.Bağırov "Toy nə vaxtdır" sualına belə cavab verib:

"Bəzi işlər var, onları yoluna qoyub, sonra toy edəcəm".

Milli.Az