14 yaşlı qız tualetdə uşaq dünyaya gətirdi

25 May 2016 17:48

14 yaşlı qız kəskin qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Bir ara tualetə gedən qız burada dünyaya gətirdiyi oğlan uşağını zibil qutusuna atıb.

Milli.Az atv.az-a istinadən bildirir ki, bunu görən digər xəstələrdən biri uşağı zibil qutusundan götürərək, reanimasiya aparıb.

Polislər qızın təcavüzə uğradığını ehtimal edərək, onu nəzarətə götürüblər.

Xəbəri DHA xəbər agentliyi yayıb. Hadisə Türkiyədə baş verib.

Milli.Az