Çox uzun saçlı 8 qadın ölkəni dolaşır - FOTO

25 May 2016 12:24

Onların hər birinin saçının uzunluğu təqribən 3,5 metrdir. Dediklərinə görə, buna nail olmaq üçün 20 ildən bəri saçlarına qayçı vurmayıblar. Üstəlik, belə uzun saçlar ciddi qulluq tələb edir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çində "Minlərlə kilometrdən uzanan saçlar" adlı qrupun tərkibindəki 8 uzunsaçlı qadın QİÇS/HİV virusuna qarşı mübarizə kampaniyası çərçivəsində ölkə şəhərlərinə səfərlər edirlər.
Dünən onlar Çinin şərqindəki Şandun vilayətində, Szinin şəhərində olublar.
Qrupdakı qadınlar Pekin, Şandun, Hubey, Quansi, Şansi, Henan və Szilindəndirlər.
 

Milli.Az