"Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

6 May 2016 14:29

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub qaz dəhlizi" layihəsi Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ABŞ Avropa İttifaqı və Azərbaycanla "Cənub qaz dəhlizi" üzrə işləri davam etdirir: "Bu yaxınlarda neft sahəsində Aİ ilə yeni müzakirələr keçirilib. Bu müzakirələrin mühüm hissəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunması mövzusu olub. Müzakirələr zamanı Azərbaycanın bu sahədə vacib rol oynadığı xüsusilə vurğulanıb".

Milli.Az