Goranboyda parkın ərazisində mərmi aşkarlandı - FOTO

5 May 2016 23:54

Mayın 5-də Tərtər, Füzuli, Goranboy və Ağcabədi rayonlarında 10 partlayış yeri yoxlanılıb, 26 730 kv.m ərazi təmizlənib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə daxil olan hesabatda deyilir.

Tərtər rayonu

Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 12 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 5 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Füzuli rayonu

Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi təmizlənmışdir.

Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 8 500 kv. m ərazi təmizlənmışdır.

Goranboy rayonu

Yolqullar kəndi - Parkın ərazisində 1 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək, götürülmüş və 800 kv. m ərazi təmizlənmişdir.

(DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

5 May 2016-cı il tarixində Agentlik tərəfindən 7 ev, 2 əkin sahəsi, 10 partlayış yeri yoxlanılmış, 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülmüş, 26 730 kv. m ərazi təmizlənmişdir.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 5 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdır.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Milli.Az