Ermənistan müharibə qərarını 5 gün ertələdi

5 May 2016 13:52

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.

Milli.Az bu barədə azvision.az-a istinadən xəbər verir. 

Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması haqqında qanun layihəsinə rəy verib.

Həmin qanun layihəsinin müəllifləri müxalifətçi deputatlar Zarui Postancyanla Qrant Baqratyandır.

Milli.Az