Azərbaycanlı professor vəfat etdi

30 Aprel 2016 11:07

Azərbaycan Texniki Universitetinin (ATU) professoru vəfat edib.

Milli.Az report-a istinadən bildirir ki, universitetin Hidravlika və hidrovpnevma qurğular kafedrasının professoru, əməkdar elm xadimi Səmənd Hüseynov dünyasını dəyişib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Xatırladaq ki, S.Hüseynov 1938-ci ildə Ermənistanın Mindi rayonunda Əldərə kəndində anadan olub. Elmi fəaliyyətinin əsas hissəsi ATU ilə bağlı olub.

Allah rəhmət eləsin!

Milli.Az