ABŞ dövlət departamentindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama

30 Aprel 2016 07:54

ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında heç bir zorakılıq görmək istəmir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Mark Toner brifinq zamanı deyib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə qayıtmaq lazımdır. Bütün tərəfləri gərginliyin aradan qaldırılmasına və sülh prosesinə geri qayıtmağa çağırırıq, - deyə Mark Toner bildirib.

Milli.Az