Türkiyədə növbəti terror - 6 yaralı

29 Aprel 2016 20:48

Türkiyənin Mardin vilayətinin Nusaybin mahalında PKK terrorçuları tərəfindən yola quraşdırılan partlayıcının işə düşməsi nəticəsində 6 təhlükəsizlik əməkdaşı yaralanıb.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, yaralılardan 3-ü polis əməkdaşı, digər 3-ü isə əsgərdir.
 
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
 
Qeyd edək ki, 14 martdan etibarən sözügedən mahalda komendant saatı elan edilib.

Milli.Az