Daş karxanasında unikal otel tikilir - FOTO

6 Aprel 2016 20:04

Çinin Şanxay şəhərinin yaxınlığında, Sunzyan bölgəsindəki Tyanmenşan dağının ətəklərində dünyanın unikal otellərindən biri tikilir.

Köhnə, artıq istifadə edilməyən daş karxanası bir müddətdən sonra "InterContinental Shimao" otelinə çevriləcək.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 19 mərtəbəli olacaq otelin layihəsi Britaniyanın "Atkins" memarlıq şirkətinə məxsusdur.

500 milyon dollarlıq layihə 19 mərtəbədə 370 nömrəni, habelə şüşə divarlı akvariumu, restoranları nəzərdə tutur.

Otelin 17 mərtəbəsi yer üstündə, iki mərtəbəsi yerin altında olacaq. Yeraltı mərtəbələrin divarları şüşədən tikiləcək.

Unikal otel 2017-ci ildə istifadəyə veriləcək.

Milli.Az