Sevda Sanəliyeva hamiləliyindən danışdı

19 Fevral 2016 11:23

Ötən gün müğənni Sevda Sanəliyevanın hamiləliyi barədə yerli mediada xəbərlər yayılıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən ifaçı bu xəbəri təkzib edib:
 
"Xahiş edirəm, ondan-bundan eşitdiyiniz xəbərləri yazmayın. Hamilə deyiləm. Telefon nömrəm bütün jurnalistlərdə var. Zəng edib məndən soruşa bilərsiniz. Sevil və Sevinc bacılarının "Seva kökəlib, səbəbini deməyəcəm" sözlərini hamilə olmağıma yozublar. Əslində isə onlar bizim evə qonaq gəlmişdilər.  Mən də piroq bişirmişdim. Onlar demək istəyiblər ki, şirniyyat yeyib kökəlmişəm. Bunun hamiləliklə əlaqəsi yoxdur".

Milli.Az