"Zidanın futbolçulara mesajları öz ünvanına çatacaq"

10 Fevral 2016 23:55

"Real"ın keçmiş hücumçusu Raul Qonzalez "beIN Sports"a açıqlama verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbol karyerasını ötən ilin noyabrında başa vuran veteran oyunçu "Real"da Zidanın fəaliyyətinə aid fikir bildirib.

"Fikrimcə, Zidanın futbolçulara mesajları öz ünvanına çatacaq. O, dünya səviyyəli futbolçu olub və dünyanın ən yaxşı məşqçiləri sırasında da olacaq. Zidan oyunçuların nə istədiyini bilir. Niyə də bu mövsümün onun üçün sevinclə başa çatmasını gözləməyək? Əks halda, ona növbəti mövsüm gördüyü işlə nəticə qazanmağa vaxt verilməlidir". Raul, həmçinin 2 illik (2012-14) Qətər macərasını xatırlayıb.

"Çempionatda eyni şəhəri təmsil edən 18 komanda çıxış edir. Harasa uçmaq lazım gəlmir. Məşqçinin yanında olursan, evə tez çatırsan və çox sakitlikdir. İnsanlar futbola maraq göstərir, onu sevirlər. Amma futbola televiziyadan baxmağa üstünlük verirlər, nəinki stadiona gəlmək. Maraqlı təcrübə idi".

Milli.Az