""Barselona"nın təklifini rədd edərdim"

9 Fevral 2016 00:05

"Athletic"in müdafiəçisi Emerik Lasport Fransanın "Telefoot" kanalına açıqlama verib. Bir neçə gün əvvəl İspaniya millisində oynamaq istəmədiyini bildirən gənc futbolçu bu dəfə də maraqlı fikirləri ilə diqqət çəkib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Laport "Barselona"dan təklif alacağı təqdirdə onu geri çevirəcəyini qeyd edib.

"Barselona" dünyanın ən əhəmiyyətli idman klublarından biridir. Amma onların təklifini rədd edərdim. Onlar mənimlə əlaqə saxlamayıb. Nə bu mövsüm, nə də əvvəlki illərdə. Uzun yol getməliyəm və bu illəri "Atletik"də keçirmək istəyirəm. Mənim üçün ən vacib iş Fransa millisinə dəvət almaqdır. Məqsədim AVRO2016-da Fransa millisinin heyətində olmaqdır".

Milli.Az