Rusiyada hərbi helikopter qəzaya uğradı, ölənlər var

8 Fevral 2016 22:49

Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Ostrovsk rayonunda qeydə alınıb.
 
Naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb. Hadisə yerində 4 nəfərin meyiti aşkar edilib.
 
Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik, məlumat verilmir.

Milli.Az