Məsimov Sloveniya klubunun düşərgəsində

6 Fevral 2016 15:50

Sloveniyanın "Domjale" klubunun transfer etmək istədiyi "Neftçi"nin futbolçusu Samir Məsimov Türkiyəyə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin qardaş ölkəyə yollanmasına səbəb qardaş ölkədə hazırlıq keçən "Domjale"nin düşərgəsinə qoşulmaqdır.

Onun Sloveniya klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Milli.Az