Nura Suriyə qarşı təxribat - FOTO

5 Fevral 2016 23:18

Müğənni Nura Surinin adından saxta Facebook hesabı açılıb. 

Milli.Az big.az-a istinadən bildirir ki, bu barədə müğənni özü bildirib.

O, bunu edənin jurnalist ola biləcəyini deyib:

"Bu adamın jurnalistlərlə bağlantısı olduğuna əminəm. Sözümü hamıya şamil etmirəm, qələminə hörmət etdiyim bir çox yazarlar var, amma bəzi jurnalistlər müğənnilərin sosial şəbəkədəki hesabında "yatırlar". Canına əziyyət verib xəbər yazmaq əvəzinə bir statusunu məqaləyə çevirirlər. İndi müğənnilər də, "yem" ola biləcək statuslar yazmadığından xəbər qıtlığı yaranıb. Xəbər yaratmaq üçün bu yola əl atıblar. Təəssüflər olsun".

Milli.Az